Haqqımızda

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsi,Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının tərkib hissəsi olaraq, rayonun ərazisində fəaliyyət göstərən təlim-tədris müəssisələrində çalışan işçilərin sosial-iqdisadi, iş şəraiti və sağlamlıqla bağlı maraqlarının müdafiəsini özünün əsas məqsədi hesab edir. Komitə fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına,Əmək Məcəlləsinə,Həmkarlar İttifaqı haqqında Qanuna,həmçinin beynəlxalq əmək təşkilatlarının qəbul etdiyi norma və prinsiplərə uyğun olaraq həyata keçirir.
Rayon Komitəsi öz üzvlərinin sosial müdafiəsini,əmək hüquqlarının təmin edilməsini,işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasını əsas vəzifəsi olaraq müəyyən etmişdir.Həmkarlar olaraq,işçilərlə işə götürənlər arasında sağlam münasibətlərin qurulmasına,əmək qanunvericiliyinə riayət edilməsinə,sosial ədalət prinsiplərinin qorunmasına daim nəzarət edirik.
Komitə həmçinin təhsil və elm sahəsində çalışan ittifaq üzvlərinin peşəkar inkişafına dəstək göstərməklə,onların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirir.
“Birliyiniz –gücümüzdür!”
İttifaqın struktur genişliyi və üzv sayı
Rayon Komitəsi, rayon ərazisində fəaliyyət göstərən 15 təhsil müəssisəsindən ibarət ilk həmkarlar ittifaqı təşkilatını və 972 ittifaq üzvünü özündə birləşdirir.
Şuşa Rayon Komitəsinin fəaliyyət istiqamətləri:


