Xəbərlər
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
Nazlı bulaq istirahət mərkəzində yay istirahəti günləri

Nazlı bulaq istirahət mərkəzində yay istirahəti günləri
Şuşalı müəllimlər yay istirahəti günlərində Nazlı bulaq istirahət mərkəzində
Təhsil işçiləri yay istirahəti günlərində

Təhsil işçiləri yay istirahəti günlərində
Şuşa rayonu üzrə çalışan bir qrup təhsil işçiləri Nabranda yerləşən Təhsil istirahət mərkəzində istirahət etmişlər.
Təhsilin Üz Siması

Təhsilin Üz Siması
Təhsil istirahət mərkəzində keçirilən tədbir çərçivəsində orada ailəvi istirahət edən Şuşa Humanitar Kolleci PHŞ də çalışan Mirzəyeva Əsmər Vahid qızının övladı Qurbanzadə Əsmər Şahmar qızı Təhsilin Üz Siması trendinə seçilımişdir.
Şuşa Humanitar Kolleci PHŞ yay istirahəti günlərində

Şuşa Humanitar Kolleci PHŞ yay istirahəti günlərində
Şuşa Humanitar Kolleci PHŞ-in iişçiləri yay istirahəti günlərində İsmayıllı rayonunun səfalı yerlərinədə olmuşlar.
Şuşa Humanitar Kollecin ittifaq üzvləri yay istirahət düşərgəsində

Şuşa Humanitar Kollecin ittifaq üzvləri yay istirahət düşərgəsində
Şuşa Humanitar Kollecin ittifaq üzvləri yay məzuniyyəti günlərində Nabranda yerləşən Təsil İstirahət mərkəzində dincəlirlər.
Şuşa məktəbinin müəllimləri Qəbələ turunda

Şuşa məktəbinin müəllimləri Qəbələ turunda
Şuşa rayon 11 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri yay istirahəti günlərində Qəbələ rayonuna səfər etmişlər.
26 İyun Silahlı Qüvvələr günü

26 İyun Silahlı Qüvvələr günü
26 İyun Silahlı Qüvvələr günüdür.
Şuşa Humanitar Kolleci PHŞ-da məzun gecəsi tədbiri

Şuşa Humanitar Kolleci PHŞ-da məzun gecəsi tədbiri
19 iyun 2026-cı il tarixdə Şuşa Humanitar Kolleci PHŞ-da məzun gecəsi tədbiri keçirilmişdir.
Şuşa 21 nömrəli tam orta məktəbdə son zəng

Şuşa 21 nömrəli tam orta məktəbdə son zəng
Şuşa rayon 21 nömrrəli tam orta ümumtəhsil məktəbində son zəng tədbiri
Son zəng tədbiri

Son zəng tədbiri
Şuşa şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində son zəng tədbiri keçirilmişdir


